İri şirkətə “İnsan Resursları üzrə Ki̇çi̇k Mütəxəssi̇s” tələb olunur

Mütəxəssis


İşəgötürən – “AAC” MMC

Vəzifə – İnsan Resursları üzrə Ki̇çi̇k Mütəxəssi̇s

Məsuli̇yyət və Vəzi̇fələri̇:
İR ilə bağlı təhlillər aparmaq;
İR hesabatlılığının aparılmasına dəstək olmaq;
İşçi tabel uçotunu aparmaq;
İşçilərin Nizam-İntizam qaydalarına riayət olub-olunmamasına nəzarət etmək;
Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
İR ilə bağlı sorğuların keçirilməsinə dəstək olmaq;
Vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil etmək;
Tələblər:
Ali təhsili;
Kompüterlə işləmək bacarığı;
Azərbaycan və rus dillərini bilmək;
İnsan Resursları üzrə 1 il stajı;
Məsuliyyətlilik;
Diqqətlilik;
Əlaqələndirmə bacarığı.
İş yeri Qaradağ ray, Bakı-Salyan şosesinin 47-ci km-də yerləşir.
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
Əmək haqqı -350-400 azn
İş rejimi – 5 günlük
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək [email protected] ünvanına göndərməlidirlər.

“AAС” MMC – Azərbaycanda müasir məsaməli hörgü blokları və yüksək keyfiyyətli əhəng istehsalına böyük sərmayə yatırmış Azərbaycan şirkətidir. AAC zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində 10 hektar ərazidə yerləşir və bütün zəruri infrastrukturdan ibarətdir. 26 dekabr 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə “AAC” Müasir tikinti materialları zavodunun rəsmi açılışı keçirilmişdir. Bununlada “AAC” Müasir tikinti materialları zavodu Qafqaz regionunda məsaməli beton bloklarını istehsal edən ilk zavod kimi tarixə düşmüşdür.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]