GreenPlast MMC planlama mütəxəssisi axtarır

Mütəxəssis


İşəgötürən: GreenPlast MMC

Vakansiya: Planlama mütəxəssisi

Son tarix: 29 iyul 2022

İş haqqında məlumat:

-Şirkətin təyin etdiyi hədəf və məqsədlər çərçivəsində istehsalat hədəfinin həyata keçirilməsinə imkan verən illik, aylıq, həftəlik və günlük istehsalat planının tərtib edilməsi və həyata keçirilməsini təmin etmək;

-Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb lazımi instansiyalara ötürülməsi;

-Bütün istehsalat sərf materiallarını (xammal, qablaşdırma) tanıması;

-Plana əsasən istehsalatın izlənilməsi,plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;

-Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün istehsalat müdiri ilə müzakirələr aparmaq;

-İstehsal və satışın balanslaşdırılması: ötən il, rüb və ay satışına nəzərən müvafiq olaraq növbəti il, rüb və aylıq istehsal proqnozununun verilməsi;

-Xammal, yarımfabrikat və materialların anbar vəziyyətini təqib etmək, müştəri sifarişlərinə görə təhcizata sifariş vermək, təsdiqlənmiş plana əsasən nəzərdə tutulan istehsalın problemsiz və intensiv həyata keçirilməsi üçün xammal anbarının yaradılması və minimum anbara nəzarəti;

-Maya dəyəri və zay məhsul faizinin aşağı salınması fəaliyyətlərində iştirak etmək.

-Dövri olaraq İstehsalat müdiri və Satış müdiri ilə toplantılar təşkil etmək, yaranmış problemləri təsbit etmək və həlli yollarının müzakirəsi

Tələblər:

-Ali təhsil ;

-Minimum 1-3 il planlama üzrə təcrübə;

-Namizəd 24-35 yaş aralığında olmalı;

-MS ofis proqramlarını yüksək səviyyədə bilməli;

-Nəzəri biliklərini İstehsalata yansıda bilmə qabiliyyəti;

-Neft-kimya sahəsində məlumatlı olmalı;

-Analitik düşünmə qabiliyyətinə malik olmalıdır

-Əmək haqqı 700-1000

-Nahar şirkət tərəfindən verilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini göndərilməsi xahiş olunur. tələblərə cavab verən namizədlər  müsahibəyə dəvət olunacaq.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]