GP Imishli Cotton təchizat üzrə aparıcı mütəxəssis axtarır

İşəgötürən: GP Imishli Cotton
Vakansiya: Təchizat üzrə aparıcı mütəxəssis
Son tarix: 20 avqust 2022
Namizədə dair əsas tələblər:
-Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika sahəsi)
-Təchizat üzrə 3 il iş təcrübəsi; (Kənd Təsərrütı sahəsində iş təcrübəsi arzu ediləndir)
-Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
-Hesabat vermə bacarığı;
-Komandada işləmək bacarığı;
-Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
-Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
-Təchizat zənciri haqqında ümumi biliklər;
-Azərbaycan, ingilis və rus dilləri;
Əsas vəzifə və öhdəliklər:
-Müqavilələri düzgün və cəmiyyətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
-Bazar üçün əhəmiyyət kəsb edən malların bazarda istehsalçılarını araşdırmaq və tapmaq;
-Logistika və nəqliyyat nəzarətinin təşkili;
-Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi.
-Alınan malların keyfiyyətinə nəzarət;
-Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirilməsi;
-Xarici satınalmalar zamanı Gömrüklə işləmə bacarığı;
-Satınalma sənədlərini hazırlama qabiliyyəti.
-Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
-Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
-Bazardan (xaricdə olan şirkət və ya yerli mağaza-müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
-Təchizat, anbar, logistika işinin təşkil edilməsi;
-Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
İş şəraiti:
-Həftə ərzində 5 günlük iş qrafiki, İş yeri: Bakı şəhəri, Çinar Plaza
-İş saatı: 09:00-18:00
-Əmək haqqı: 2000-2200
-Yaş həddi : 23-45
-AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Təchizat üzrə aparıcı mütəxəssis” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar
Vakansiyalar
- 1 gün, 22 saat
- 1 gün, 22 saat, 2 dəq
- 1 gün, 22 saat, 4 dəq
- 1 gün, 22 saat, 7 dəq
- 1 gün, 22 saat, 11 dəq