Ferrum Capital faktorinq üzrə kiçik mütəxəssis axtarır

İşəgötürən: Ferrum Capital
Vakansiya: Faktorinq üzrə kiçik mütəxəssis
Son tarix: 08 avqust 2022
Hansı özəlliklərə malik olmalıdır?
-Ali təhsil (maliyyə-kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)
-21-35 yaş aralığı
-Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
-Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət
-Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
-Ofis proqramları (Word, Excel, Outlook) üzrə biliklər
Faktorinq üzrə kiçik mütəxəssis nə iş görür?
-Müraciət etmiş müştərilərin faktorinq şərtləri barədə məlumatlandırılması
-Müştəri müraciətlərinin qəbulunun həyata keçirilməsi və sistemə daxil edilməsi
-Müştərilərin ödəmə qabiliyyətinin təhlil edilməsi
-Müqavilələrin hazırlanması, müvafiq sənədləşmənin həyata keçirilməsi
-Portfelə nəzarət və gündəlik ödəmələrin təqib edilməsi
Əlavə məlumat:
-5 günlük iş qrafiki: 09:00 – 18:00
-Əmək haqqı: 400 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Faktorinq üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
- 6 saat, 23 dəq
- 4 gün, 10 saat, 25 dəq
- 4 gün, 16 saat, 6 dəq
- 4 gün, 16 saat, 10 dəq
- 4 gün, 16 saat, 16 dəq