Fast Kredit lombard krediti üzrə mütəxəssis axtarır

İşəgötürən: Fast Kredit
Vakansiya: Lombard krediti üzrə mütəxəssis
Son tarix: 25 iyun 2022
Əmək haqqı 500-800 AZN
Əsas vəzifələr:
-Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
-Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
-Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
-Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
-Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
-Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Namizədə olan tələblər:
-Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
-Ali təhsil/ natamam ali təhsil;
-Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
-Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
-Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
-Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Kredit mütəxəssisi” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
Vakansiyalar
-
10 saat, 20 dəq
Bank Respublika ASC qeyri-kredit sahəsi üzrə auditor axtarır
- 10 saat, 22 dəq
- 10 saat, 24 dəq
- 10 saat, 26 dəq
- 10 saat, 28 dəq