“Expressbank” pərakəndə bankçılıq üzrə universal bank işçiləri axtarır

“Expressbank” Bakı, Sumqayıt, Qaradağ, Xaçmaz, Qusar, Bərdə filialları üzrə pərakəndə bankçılıq üzrə universal bank işçiləri axtarır.
Namizədə tələblər:
-Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
-Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dilini bilənlərə üstünlük verilir);
-MS Office (Word, Excel) proqramları üzrə biliklər;
-Bank və ya kredit təşkilatlarında istehlak kreditləri üzrə minimum 1 il iş təcrübəsi;
-Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
-Yüksək qavrama və öyrənmə qabiliyyəti;
-Məsuliyyət, işdə dəqiqlik, ünsiyyət qurma, analitik zəka və müştəri ilə işləmə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
-ARMB-nın bankdaxili prosedur və qaydalara əsasən fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
-Mövcud müştəri bazasına uyğun bank məhsullarının və xidmət satışını həyata keçirmək;
-Fəaliyyətinə uyğun bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq;
-Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətləri vermək;
-Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək;
-İdarə etdiyi portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək;
-Görülmüş işlər üzrə hesabatlar vermək.
Biz sizə nələr təklif edirik:
-Tibbi sığorta;
-Bonus sisteminin mövcudluğu səbəbindən əmək haqqıdan əlavə gəlir imkanı;
-Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
-Əmək fəaliyyətinin qiymətləndirilməsi nəticəsində karyera inkişafı imkanı;
-Peşəkar korporativ mühitdə işləmə imkanı.
Müraciət etmək istəyən şəxslər qeyd edilən mail ünvanına müvafiq başlıq altında vakansiyanın adını qeyd edərək CV-ərini [email protected] mail ünvanına göndərə və ya 132 Məlumat Mərkəzinə zəng edə bilərlər.
Vakansiyalar
-
1 gün, 11 saat, 12 dəq
İri Holdinq “İnsan resursları üzrə mütəxəssis” axtarır (Cəbrayıl)
-
1 gün, 11 saat, 26 dəq
Daşınmaz əmlakların araşdırılması üzrə kiçik mütəxəssis axtarılır
- 2 gün, 10 saat, 10 dəq
-
2 gün, 11 saat, 48 dəq
Kapital Bank kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis axtarır
- 2 gün, 11 saat, 49 dəq