Expressbank ödənişli təcrübə proqramı və vakansiyalar elan edir

Expressbankın yeni Biznes Bankçılıq Departamenti / Biznes xidmət üzrə ödənişli təcrübə proqramı, Bakı və Mingəçevir, Gəncə, Bərdə, Şirvan və Qusar filialları üzrə və Risklərin idarə edilməsi departamenti / Kreditlərin monitorinqi şöbəsi / Mütəxəssis (biznes kreditləri üzrə) vakansiyalar elan edib.
Vakansiya:
Biznes Bankçılıq Departamenti / Biznes xidmət üzrə ödənişli təcrübə proqramı Bakı və Mingəçevir, Gəncə, Bərdə, Şirvan və Qusar filialları üzrə
Namizədə olan tələblər:
– Təhsil: Ali;
– Dil biliyi: Bakı filialları üzrə – Azərbaycan və rus dillərində sərbəst danışıq və yazmaq bacarığı, İngilis dili biliyi üstünlükdür. Region filialları üzrə – Azərbaycan dilində sərbəst danışıq və yazmaq bacarığı, rus və ingilis dili biliyi arzuolunandır.
– Təcrübə: tələb edilmir;
– MS Office proqramlarında sərbəst işləmək bacarığı;
– Yüksək səviyyədə ünsiyyət qurma bacarığı və işə məsuliyyətli yanaşma;
– Analitik düşüncə, təhlil qabiliyyəti və vaxtın idarə edilməsi.
Görəcəyiniz işlər:
– Korporativ müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək/xidmət göstərmək;
– Hüquqi şəxs hesabları üzrə əməliyyatlar aparmaq;
– Vergi və məhkəmə orqanlarından daxil olmuş sərəncamların reyestrini aparmaq;
– Hüquqi şəxslərin xarici köçürmələrini bankdaxili prosedurlara uyğun icra etmək;
– Bankın korporativ dəyərlərini mənimsəmək və xidmət standartına uyğun xidmət göstərmək;
– Müştəri məmnuniyyəti daim yüksəltmək istiqamətində çalışmaq.
Bizim üstünlüklərimiz:
– Tibbi sığorta;
– Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
– Professional və maddi inkişaf perspektivləri.
– Peşəkar korporativ mühitdə işləmə imkanı.
Vakansiya:
Risklərin idarə edilməsi departamenti / Kreditlərin monitorinqi şöbəsi / Mütəxəssis (biznes kreditləri üzrə)
Namizədə tələblər:
– İqtisadiyyat sahəsi üzrə ali təhsil;
– Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dilləri arzuolunandır);
– Biznes kreditləri sahəsində minimum 1 il iş təcrübəsi;
– Kompyuter proqramları üzrə biliklər (əsasən Excel);
– Analitik düşüncə və təhlil etmə qabiliyyəti;
– Dəqiq planlaşdırma və icra qabiliyyəti;
– Ünsiyyətcillik;
– Komandada işləmək bacarığı;
– Sürücülük qabiliyyəti (arzuolunandır)
Vəzifə öhdəlikləri:
– Biznes kreditlərinin monitorinqi;
– Kredit dosyelərinin yoxlanılması;
Biz sizə nələr təklif edirik:
– Azərbaycanın aparıcı banklarının birində iş;
– Professional və maddi inkişaf perspektivləri.
Müraciət etmək istəyən şəxslər qeyd edilən mail ünvanına müvafiq başlıq altında vakansiyanın adını qeyd edərək CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 9 saat, 41 dəq
- 2 gün, 9 saat, 44 dəq
- 3 gün, 2 saat, 59 dəq
- 3 gün, 3 saat, 41 dəq
- 3 gün, 3 saat, 43 dəq