Elektron Hökumətin İnkişafı Mərkəzi mətbuatla iş üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Elektron Hökumətin İnkişafı Mərkəzi

Vakansiya: Mətbuatla iş üzrə mütəxəssis

Son tarix: 06 iyun 2022

Departament: Tərəfdaşlarla İş və Kommunikasiyalar

Şöbə: Rəqəmsal Kommunikasiyalar şöbəsi

Vakansiya haqqında məlumat:

Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Tərəfdaşlarla iş və kommunikasiyalar departamenti, Rəqəmsal kommunikasiyalar şöbəsi şöbəsinin Mətbuatla iş üzrə mütəxəssis vakansiyasını elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi Rəqəmsal Kommunikasiyalar komandısına mütəxəssis axtarışındadır. 

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər. 

Vəzifə Funksiyaları:

-Mərkəzin baxışı, missiyası və dəyərlərinin auditoriyaya düzgün kommunikasiyasının təmin edilməsi;

-Mətbuat və ictimai məlumat sorğularını cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi; Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi; media məsələlərinin idarəsində dəstək göstərilməsi;

-Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press relizlərin və digər sənədlərin hazırlanması;

-Mərkəzin rəsmi vebsaytının və digər kommunikasiya kanallarının idarə edilməsi;

-Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;

-Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;

-Press-relizlər, korporativ təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla Mərkəz daxilində kommunikasiya üçün nəzərdə tutulan materiallarının hazırlanmasında dəstək göstərilməsi;

-Mətbuatın gündəlik izlənilməsi;

-Kommunikasiya üçün nitqlərin yazılması, brifinq sənədlərinin hazırlanması

Tələb olunur: 

-Peşəkar bacarıqlara dair tələblər:

-Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;

-Güclü kommunikasiya və təqdimat bacarığı;

-MS Windows, MS Office, Internet – yüksək səviyyədə istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);

Dil bilikləri:

-Yüksək Azərbaycan dili bilikləri

-Yüksək ingilis dili bilikləri

-Rus dili (arzuolunandır)

İş təcrübəsi:

-Jurnalistika va ya uyğun sahədə minimum 3-5 il iş təcrübəsi;

Davranış bacarıqları:

-Stressin idarəedilməsi

-Təşəbbüskarlıq

-Məsuliyyətlilik

-Komandada işləmək bacarığı

-Planlama və təşkiletmə

-Aktiv öyrənmə bacarığı

-Vaxtın idarəedilməsi

-Problem analiz etmə

Təhsil və ixtisas tələbləri:

-Ali Təhsil 

Biz təklif edirik:

-Rəqabətə davamlı əmək haqqı

-Performansa görə mükafatlandırma

-Zəngin təcrübə və peşəkar inkişaf

-Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat

-Mehriban və inklüziv mühit.

Qeyd: Yalnız yuxarıda qeyd olunan bütün tələblərə cavab verən şəxslərin müraciət etməsi xahiş olunur. 

Son müraciət: 05.06.2022

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]