“Daşkəsən Dəmir Filiz” İT mütəxəssis axtarır

Mütəxəssis

daskesenfiliz azergold


“Daşkəsən Dəmir Filiz” MMC  İT mütəxəssis vəzifəsi üzrə vakansiya elan edib.

Vakansiya- İnformasiya texnologiyaları üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

– Cəmiyyətin aparatında və struktur bölmələrində şəbəkə cihazlarının, kompüterlərin və digər elektron avadanlıqların quraşdırılmasını və yeni texnologiyaların tətbiqinin təşkilini həyata keçirir.

-Proqram təminatlarının, kompüter və şəbəkə texnikasının sifarişi zamanı uyğun avadanlıqların seçilməsi, onların yenilənməsi, dəyişdirilməsini həyata keçirir və normal fəaliyyət göstərməsini təmin edir.

-Cəmiyyətin korporativ və lokal kompüter şəbəkələrinin təhlükəsiz fəaliyyətinə nəzarət edir.

-Cəmiyyətin keyfiyyətli və fasiləsiz internet bağlantısını və elektron poçtunun işinə nəzarət edir. -Şəbəkənin, sistemlərin, avadanlıqların yeniləşdirilməsi konsepsiyasının planlaşdırılmasını təmin edir.

-Cəmiyyətin elektron sistemlərinin fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının mühafizəsini təmin edir.

-Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir. –Cəmiyyətin fəaliyyətinə uyğun olmayan internet səhifələrindən istifadələri, kompüter və digər avadanlıqlar vasitəsilə ofisdaxili şəbəkələrə qoşulmaları araşdırır və şöbə müdirinə hesabat verir.

– Şöbə rəhbərliyi tərəfindən şöbənin fəaliyyətinə və iş bölgüsünə əsasən verilən digər göstəriş və tapşırıqların icrasını təmin edir.

Namizədə tələblər:

– Ali təhsil (İnformasiya texnologiyaları üzrə);

– İT sahəsi üzrə 2 il iş təcrübəsi;

– Texniki səviyyədə ingilis dili və rus dili biliyi;

– Microsoft Ofis proqramlarını; Windows əməliyyat sistemlərini; Domain şəbəkəsinin qurulması və istifadəçilərin idarə olunmasını; Virtual sistemlər üzərində maşınların idarə olunmasını (ESXİ); Şəbəkə infrastruktur modelinin anlayışı və L2/L3 səviyyəli avadanlıqlarının sazlanmasını; Wifi texnologiyalarının tətbiqi, AP quraşdırılması və sazlanmasını; İP telefonların sistəmə uyğun sazlanmasını; Şəbəkə Antivirus proqramlarının yazılması və idarə olunmasını bilməli.

İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İT mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

Şirkət haqqında:

“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində törəmə hüquqi şəxs qismində təsis edilmişdir. Şirkətin yaradılmasında məqsəd Səhmdar Cəmiyyətin ən irimiqyaslı layihələrindən biri olan Daşkəsən dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən regionun inkişafına əlavə sosial-iqtisadi töhfələr verməkdir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]