Dalga Beach Aquapark insan resursları üzrə mütəxəssis axtarır

İşəgötürən: Dalga Beach Aquapark
Vakansiya: İnsan Resursları üzrə mütəxəssis
Son tarix: 29 iyul 2022
Əsas vəzifə öhdəlikləri:
-Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
-İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
-Əmək kitabçalarında qeydlər aparmaqla iş qeydiyyatını aparmaq;
-Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
-İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
-Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
-İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın 1-2-sində tam məlumatı təqdim etmək.
-İşə Qəbul müsahibələrinin / ilkin görüşlərin keçirilməsi və dəyərləndirilməsi
Tələblər:
-Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
-İnsan resursları sahəsində təcrübə minimum 1-3 il
-AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli
-E-gov portalını bilməli
-İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
-Ünsiyyət qurma bacarığı;
-Operativ və düzgün qərar vermək bacarığı;
-İşə məsuliyyətli yanaşmaq;
-Problemləri həll etmə bacarığı;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 5 saat, 42 dəq
- 5 saat, 46 dəq
- 5 saat, 50 dəq
- 5 saat, 53 dəq
-
5 saat, 56 dəq
“Elmanado” fabrikası “İnsan Resursları üzrə Mütəxəssis” axtarır