Crystal Group insan resursları üzrə mütəxəssis axtarır
İşəgötürən: Crystal Group
Vakansiya: İnsan resursları üzrə mütəxəssis
Son tarix: 10 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
-İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
-Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
-E-Gov hökümət portalı və ƏMAS altsistemi ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
-Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
-Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
-Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
-Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular);
-Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.
-Şirkətin daxili kommunikasiya prosesinin icrasına nəzarət edir;
-Şirkətin SƏTƏM fəaliyyətinin icrasına nəzarət edir;
-Korporativ sosial məsuliyyət layihələrinin tərtib olunmasını və icra olunmasını təmin edir;
-İşçilərin həvəsləndirilməsi üçün maddi və qeyri-maddi inkişaf tədbirləri tərtib edir və tətbiqinə nəzarət edir.
Vakansiya tələbləri:
-Ali təhsil;
-Sahə üzrə 1-3 il iş təcrübəsi;
-AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
-İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
-İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
-Azərbaycan və ingilis dilində səlis danışıq və yazı bacarığı;
-MS Office proqramlarından yüksək istifadə bacarığı;
Əlavə məlumatlar:
-İş qrafiki: I-V günlər 09:00-18:00
-İş yeri: Bakı ş.,Shafayat Mehdiyev küç 93
Maraqlananlar aşağıdakı linkdən daxil olaraq İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 15 saat, 48 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
3 gün, 14 saat, 40 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 3 gün, 15 saat, 14 dəq
- 4 gün, 9 saat, 20 dəq
- 5 gün, 4 saat, 34 dəq