Caspel satış üzrə mütəxəssis axtarır
İşəgötürən: Caspel
Vakansiya: Satış üzrə Mütəxəssis
Son tarix: 27 iyun 2022
Struktur hissəsi: Satış Şöbəsi
Birbaşa tabeçilik: Satış Şöbəsinin Müdiri
Funksional tabeçilik: Kommersiya Departamentinin Direktoru.
Məsuliyyət və vəzifələr:
-Satış şöbəsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
-Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
-Camiyyətin təqdim etdiyi mal və xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
-Satış menecerlərinin göstərişi ilə müştərilərlə əlaqə yaradır;
-Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və satış menecerlərini məlumatlandırır;
-Satış menecerlərinin göstərişi ilə malların anbardan çıxarılıb müştəriyə göndərilməsi üçün mal tələbnaməsini yazır;
-Malların müştəriyə çatdırılmasını təmin edir;
-Malların təchizat müddətlərinin əməl edilməsinə nəzarət edir, malların təchizatı yubanarsa, öz rəhbərini məlumatlandırır;
-Vaxtında reaksiya vermək məqsədilə avadanlıqlar çatdırıldıqdan sonra müştəridən avadanlıqların xüsusiyyətlərinə uyğunluğu, qablaşdırmanın düzgünlüyü, istehsalçı tərəfindən və ya daşınma zamanı qüsurların mövcud olub-olmaması barədə informasiya toplayır;
-Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
-Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir;
-Müştəri barədə daxil olan bütün informasiyaları ERP proqram məhsuluna qeyd edir;
-Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və Satış şöbəsinin müdirinə təqdim edir;
-Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
-Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir.
Tələblər:
-Ali texniki və ya iqtisadi təhsil
-Azərbaycan, rus, ingilis dillərini tələb olunan səviyyədə bilmək
-Kompyüterlə işləmək bacarığı
-1 il əmək stajı
Fərdi keyfiyyətlər:
-Təşkilatçılıq bacarığı
-Geniş dünya görüşü və ələqələndirmə bacarığı
-Məsuliyyət hissi
-Diqqətlilik
Məşğulluq: Tam.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 18 saat, 37 dəq
-
1 gün, 18 saat, 43 dəq
W jaki sposób nowoczesna technologia przekształca oblicze zabawy
-
1 ay, 2 həftə, 2 gün, 16 saat, 2 dəq
Arisealpha Launches Easy-to-use Ai Crypto Trading Bot For First-time Buyers In 2026
- 7 ay, 3 həftə, 6 gün, 5 saat, 23 dəq
- 7 ay, 3 həftə, 6 gün, 5 saat, 25 dəq