Caremood satınalma üzrə mütəxəssis axtarır (xanım)

İşəgötürən: Caremood
Vakansiya: Satınalma üzrə mütəxəssis (xanım)
Son tarix: 26 iyun 2022
Öhəliklər:
-Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq təşkili;
-Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması , təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
-Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
-Müvafiq şirkətlərlə danışıqların aparılması
-Satınalma ilə bağlı sənədləşmənin aparılması və qeydiyyatı;
-Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
-Satınalma siyasətinə uyğun olaraq satınalma fəaliyyətinin təmin edilməsi.
-Bazar qiymətləri və ümumi iş fəaliyyətlərinin izlənməsi;
-Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər proseslərin effektiv idarə olunmasının həyata keçirməsi;
-Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
-Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
-Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
Namizədə tələblər:
-Xanım namizədlər
-Təhsil: Ali
-MS Excel, Power Point, Word yüksək səviyyədə
-Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından imzalanma və icraata qədər)
-Rus və İngilis dili üstünlükdür
-Təcrübə: satınalma sahəsində minimum 1 il iş təcrübəsi
-Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
-İnandırma və problem həlletmə bacarığı
-Nəticəyönümlülük və punktuallılıq
-Təşəbbüskarlılıq və tələbkarlılıq.
Əmək şəraiti:
-İş rejimi: 5 günlük iş həftəsi 6-cı gün yarı iş günü
-Əmək haqqı ilkin 600 AZN artan.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 8 saat, 57 dəq
- 2 gün, 9 saat
- 3 gün, 2 saat, 15 dəq
- 3 gün, 2 saat, 57 dəq
- 3 gün, 2 saat, 59 dəq