Camal LTD sətəm üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Camal LTD

Vakansiya: Sətəm üzrə mütəxəssis

Son tarix: 25 aprel 2023

Vəzifə öhdəlikləri:

-İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin təlimatlandırmanın keçiriməsi;

-İstehsalat sahələrində sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzə işlərin planlaşdırılmasında və icra edilməsində iştirak etmək;

-Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzrə giriş təlimatın keçirilməsini təşkil və icra edilməsində iştirak etmək;

-Şirkətə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasında və cavablandırılmasında iştirak etmək;

-İş şəraiti nəzərə alınmaqla qiymətləndirilmiş risklərin səviyyəsinin azalmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarətin aparılmasında iştirak etmək;

-Sağlamlıq, əmək şəraiti və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi sahələrində,həmçinin podratçı/subpodratçı təşkilatlardan məlumatların toplanması,işlənməsi və aidiyyatı üzrə ötürülməsi işlərinin həyata keçirməsində iştirak etmək;

-Sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi,o cümlədən  iş şəraitinin yaxşılaşdırılmasına yönələn müvafiq kompleks planların hazırlanmasında iştirak etmək;

-Gündəlik, aylıq, illik hesabatların tərtib etmək şöbə müdir müavininə, şöbə müdirinə təqdim etmək;

-İşçilərin vaxtlı-vaxtında dövri tibbi müayinədən keçmələrini təmin edilməsində iştirak etmək və dövri (əmək fəaliyyəti müddətində) tibbi müayinədən keçən işçilərin peşə və vəzifələrinin siyahısının müvafiq qaydada hazırlanmasına dəstək olmaq;

-İstehsalatda baş vermiş bədbəxt hadisələrin qanunvericliyin tələblərinə uyğun olaraq aparılmış təhqiqatı nəticəsinə uyğun olaraq müvafiq göstərişlərin yerinə yetirilməsinə iştirak etmək:

Tələblər:

-Ali təhsil

-Sahə üzrə 2 ildən artıq iş təcrübəsi;

-Azərbaycan Respublikasının qanunlarını, daxili əmək intizamı qaydalarını və əməyin təşkilinin əsaslarını bilməli;

-MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;

-Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, İngilis və Rus dili arzu olunandır;

-Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Əlavə məlumat:

-Əmək haqqı; 1000+ AZN;

-AR qanunvericiliyinə əsasən sənədləşmə;

-Nahar şirkət tərəfindən təmin olunur;

-İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:

Maraqlanan namizədlərdən mövzu sətrində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə CV-ni [email protected] mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 21D, döngə 9 “Camal” LTD şirkəti

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]