By Telecom müştəri xidmətləri bölmə rəhbəri axtarır

Müdir


İşəgötürən: By Telecom

Vakansiya: Müştəri Xidmətləri Bölmə Rəhbəri

Son tarix: 23 sentyabr 2022

“Bytelecom” mağazalar şəbəkəsi şirkətin Müştəri Xidmətləri bölməsinin bütün işlərini idarə edəcək və bölməyə rəhbərlik edəcək “Müştəri Xidmətləri Bölmə Rəhbəri” axtarışındadır. 

“Müştəri Xidmətləri Bölmə Rəhbəri”nin əsas rolu tabeliyində olan bölmənin işinin tam və effektiv təşkil edilməsindən ibarət olacaqdır. 

Öhdəliklər:

-Müştəri Xidmətləri bölməsinin işinin tam və effektiv planlanması, təşkil edilməsi

-Bölmənin işçilərinin kanallar üzrə bölüşdürülməsi, komandanın KPİ-ları təmin etməsi və hədəflərə çatması üzrə işinin təşkili

-Marketinq və reklam kampaniyalarının potensial və mövcud müştərilərə birbaşa kommunikasiyasının təşkili

-Telemarketinq işinin təşkili və idarə edilməsi

-Bölmənin işçilərinin təlimi və inkişafı üzrə treninqlərin təşkili, yeni məhsullar və kampaniyalar haqqında məlumatlandırmaq

-Bölmənin işi haqqında günlük, həftəlik və aylıq hesabatların hazırlanması

-Şirkətin ümumi satış hədəflərinə və planına uyğun olaraq bölmənin bu plandakı hissəsini təmin və icra etmək

Namizədə tələblər:

-Müvafiq sahə üzrə minimum 2 il real iş təcrübəsi

-Azərbaycan və rus dillərində səlis danışıq, ingilis dili arzuolunandır

-CRM proqramları ilə tanışlıq və iş tücrübəsinin olması böyük üstünlükdür

-Əsasən məsafədən satış və telemarketinq əməliyyatları və prosesləri haqqında ətraflı biliklər 

-Yaxşı səviyyədə kommunikasiya bacarıqları

-Nəticə yönümlü yanaşma, hədəflərlə işləmək bacarığı

-Analitik düşünmək və kritik, sərbəst qərarlar verə bilmək bacarığı

Təklif olunur:

-İnkişaf edən şirkətdə inkişaf edən karyera imkanı

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

-Rəsmi və rəqabətcil əməkhaqqı, illik məzuniyyət

-Şəhərin mərkəzində müasir və rahat ofis şəraiti

-Həftə 6 iş günü, 1 gün istirahət

-Baza əməkhaqqı ilə yanaşı təkmil bonus sistemindən faydalanmaq

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] email ünvanına mövzu hissəsinə “Müştəri Xidmətləri Bölmə Rəhbəri” qeyd edərək göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]