Bravo-nun daxil olduğu şirkət əmək münasibətləri üzrə mütəxəssis axtarır
![](https://avand.marja.az/wp-content/uploads/2022/05/bravo_vakansiya.jpg)
“Azərbaycan Supermarket” MMC təcrübəli peşakarları Əmək münasibətləri üzrə Mütəxəssis vəzifəsi üzrə müraciətlərini yönləndirməyə dəvət edir.
Aşağıda pozisiya üzrə daha ətraflı məlumatla tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
– İşçilərlə görüşləri planlaşdırmaq, uyğunlaşdırmaq və keçirmək, intizam tənbehi üçün şikayət, sübut və izahat məktublarını yığmaq/yoxlamaq;
– İşə cəlb olunmuş işçilərlə bağlı bütün intizam işi məlumatlarını toplamaq, qoruyub saxlamaq və ehtiyat nüsxəsini hazırlamaq;
– İşçi münasibətləri ilə bağlı məsələləri işçilərlə məsləhətləşərək həll etmək;
– İşçilər arasındakı problemlərin səbəblərini araşdırmaq;
– Şirkətin davranış və fəaliyyətlə bağlı gözləntilərinə dair işçilərə məsləhət vermək;
– İş fəaliyyətinin idarəsinə dair məlumatları gözdən keçirmək və təhlil etmək, anlayışları, fikirləri, narahatlıq və tövsiyələri vurğulamaq;
– Şöbə müdirinə toplanmış məlumatlara dair xülasə hesabat təqdim etmək;
• İşçilərlə Əlaqələr və Fəaliyyətin İdarə olunmasına dair gündəlik İnsan Resursları əməliyyatlarını idarə etmək;
– İşçilərlə Əlaqələr (intizam məsuliyyətləri, pozulmalar və onlardan qaynaqlanan bütün digər proseslər) və Fəaliyyətin İdarə olunması (ondan qaynaqlanan bütün proseslər) ilə bağlı bütün bölmələrlə (Ofis, Əməliyyatlar, Paylama Mərkəzi) yaxından işləmək;
– Ümumi Fəaliyyətin İdarəsi ilə bağlı sənədlərin işlənməsi;
– Şirkətdəki mövcud Standart Əməliyyat Prosedurları (SƏP) ilə tanış olmaq və ehtiyac olduqda uyğunsuzluqlara yenidən baxılmasına dair sorğular göndərmək, uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq şöbələrlə birlikdə aradan qaldırlmasında iştirak etmək;
– Tələb olunduqda məsləhət verərək və dəstək olaraq SƏP-in tam və səmərəli tətbiqini dəstəkləmək;
– Siyasətin/prosedurun səmərəliliyini mütəmadi olaraq gözdən keçirmək və ona qanuni dəyişikliklərlə bərabər düzəlişlər etmək;
– Müvafiq əmrlərin hazırlanmasını təmin etmək;
– Araşdırma sənədlərinin, maillərin saxlanılmasını təmin etmək.
Namizədə dair tələblər:
– Təcrübəli İnsan Resursları Mütəxəssisi (həmçinin işçi münasibətlərini idarə edən, əsasən davranış, fəaliyyət problemləri və ya digər kobud davranış pozuntuları ilə məşğul olan);
– Əmək qanunvericiliyi üzrə dərin biliklər;
– Yüksək səviyyəli ünsiyyət bacarıqları;
– Tələbkar;
– İşinə qarşı həvəsli və bol enerjili;
– Açıq fikirli;
– Stressə davamlı;
– Məqsədyönlü;
– Hüquq sahəsi üzrə təhsil və ya iş təcrübəsi (üstünlük verilir);
– Göstərilən sahə üzrə təcrübə (üstünlük verilir).
Maraqlanan namizədlər [email protected] email ünvanına “Əmək münasibətləri üzrə Mütəxəssis” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 ay, 1 gün, 17 saat, 39 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 18 saat, 34 dəq
- 6 ay, 3 gün, 20 saat, 27 dəq
- 9 ay, 1 həftə, 1 gün, 15 saat, 12 dəq
-
9 ay, 2 həftə, 6 gün, 10 saat, 43 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır