BOKT AzKredit ASC kredit mütəxəssisi axtarır (Gəncə)

İşəgötürən: BOKT AzKredit ASC
Vakansiya: Kredit mütəxəssisi (Gəncə)
Son tarix: 08 avqust 2022
İş yeri Gəncə şəhərində BOKT AzKredit ASC-nin Gəncə nümayəndəliyində olacaq.
Əsas vəzifə və öhdəlikləri:
-Bazar araşdırılması və sorğuların həyata keçirilməsini təşkil etmək, yaxud köməklik göstərmək;
-Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
-Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlilini aparmaq;
-Zəruri olduqda girov kimi təqdim olunan əmlakın girov qoyulmasında iştirak etmək;
-Kredit ərizələrini hazırlamaq və kredit komitəsinə baxılmaq/təsdiq olunmaq üçün təqdim etmək;
-Kredit ödənişlərinə yaxından nəzarət etmək və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
-İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil ;
-Mikrokreditlərin verilməsi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
-Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
-Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
-İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq, biznes təhlillər aparmaq bacarığı;
-Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
-Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı;
-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
-Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
-Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
-İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
-Namizədlər sürücülük vəsiqəsinə sahib olmalıdır. Şəxsi avtomobili olanlara üstünlük verilir.
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 08 avqust 2022-ci il tarixinədək e-mail vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində “Kredit mütəxəssisi (Gəncə)” qeyd edin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 8 saat, 16 dəq
- 8 saat, 18 dəq
- 8 saat, 20 dəq
- 8 saat, 21 dəq
- 8 saat, 24 dəq