Başak Group satışa dəstək üzrə mütəxəssis axtarır

İşəgötürən: Başak Group
Vakansiya: Satışa dəstək üzrə mütəxəssis
Son tarix: 18 noyabr 2022
Namizədə aid tələblər:
-Ali təhsil,
-21-29 yaş aralığında olan namizədlər,
-Ana dilində səlis danışıq, Rus dilində yüksək ünsiyyət bacarığı,
-Müştəri yönümlülük, təqdimetmə bacarığı,
-Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı,
-Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı,
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə,
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi,
-Xanım namizəd.
Vəzifə öhdəlikləri:
-Yeni müqavilələrin bağlanması,
-Mövcud müştərilərlə danışıqların aparılması, məhsul və xidmətlər barəsində müştərilərin məlumatlandırılması,
-Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması,
-Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlərin aparılması və hesabatlar hazırlaması,
-Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması,
-İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi.
İş qrafiki:
-Həftə içi 5 gün saat 09:00-18:00,
-Nahar şirkət tərəfindən verilir,
-Korporativ nömrə (korporativ paket),
-Əməkhaqqı: 600-800 AZN + Bonus (KPİ)
-Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Satışa dəstək üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 5 saat, 50 dəq
- 2 gün, 5 saat, 53 dəq
- 2 gün, 23 saat, 8 dəq
- 2 gün, 23 saat, 50 dəq
- 2 gün, 23 saat, 52 dəq