Başak Group satınalma üzrə mütəxəssis axtarır

İşəgötürən: Başak Group
Vakansiya: Satınalma üzrə mütəxəssis
Son tarix: 07 iyul 2022
Namizədə aid tələblər:
-Ali təhsil;
-2-3 illik analoji iş təcrübəsi
-Dövlət satınalmalar haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər
-Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
-Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır);
-MS Office proqramları üzrə biliklər ;
Vəzifə öhdəlikləri:
-Satınalmalar üzrə menecerin rəhbərliyi altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
-Normativ baza ilə əlaqədar olan satınalmaların inkişaf etdirilməsinə yardım;
-Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
-Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
-Risklərin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
-Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
-Hesabat, təqdimat, memorandum və s. hazırlanması;
-Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
-Daxili və xarici sistemin yaradılması;
-Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması;
-Qiymətləndirmənin həyata keçirilməsi üçün təchizatçı performansına dair məlumatları toplanması və tərtib edilməsi.
İş qrafiki:
-Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü,
-Nahar şirkət tərəfindən verilir,
-Korporativ nömrə (korporativ paket),
-Əməkhaqqı: 800 AZN+Bonus (KPİ)
-Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
Vakansiyalar
- 9 saat, 16 dəq
- 9 saat, 18 dəq
- 9 saat, 20 dəq
- 9 saat, 21 dəq
- 9 saat, 24 dəq