Bank Respublika ASC PL/TMM şöbəsinin (Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə) mütəxəssisi/aparıcı mütəxəssisi axtarır

Mütəxəssis


İşəgötürən: Bank Respublika ASC

Vakansiya: PL/TMM şöbəsinin (Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə) mütəxəssisi/aparıcı mütəxəssisi

Son tarix: 26 avqust 2022

Ümumi vəzifə öhdəlikləri:

-PL/TMM proqram təminatında müştərilərin bank əməliyyatlarının gündəlik əsasda monitorinq olunması, qeyri-adi, şübhəli maliyyə əməliyyatlarının aşkar edilməsi və araşdırılması;

-PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və beynəlxalq ödənişlərinin gündəlik əsasda araşdırılması və bankdaxili qaydalara uyğunluğunun yoxlanılması;

-Müştərilərin qəbulu və hesabların açılması zamanı müştəri profilinin Öz Müştərini Tanı (KYC) bankdaxili prosedurlara uyğunluğunun yoxlanılması;

-Əməliyyatların avtomatlaşdırılmış monitorinqi üçün şübhəlilik indikatorları əsasında proqram təminatında biznes ssenarilərin yazılması, sistemin monitorinq imkanlarının inkişaf etdirilməsi;

-PL/TMM şöbəsinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi; 

-Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili qaydalara uyğunluğunun araşdırılması və cavablandırılması;

-PL/TMM sahəsi üzrə biznes proseslərin inkişaf etdirilməsi və bankdaxili layihələrdə iştirak edilməsi; 

-Müxbir bank və digər maliyyə institutlarından Rus və İngilis dillərində daxil olan sorğuların cavablandırılması;

-Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif analitik hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

-Ali təhsil – maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil;

-Bank sahəsində ən azı 1,5-2 illik iş təcrübəsi (Bankın əməliyyat və ya plastik kartlar sahəsində iş təcrübəsinin olması arzuolunandır);

-Dil bilikləri: Azərbaycan dili – əla, Rus və İngilis dilləri – yaxşı səviyyədə arzuolunandır;

-Kompüter bilikləri: Microsoft Office Excel – yaxşı səviyyədə, SQL biliklərinə üstünlük verilir; 

-Bank fəaliyyətini tənzimləyən normativ qaydaların tələbləri üzrə biliklər;

-PL/TMM sahəsi üzrə yerli qanun və normativ qaydalar üzrə biliklər; 

-PL/TMM sahəsi üzrə iş təcrübəsi, yerli və ya beynəlxalq sertifikatların olması əlavə üstünlükdür;

-Araşdırma və təhlil üçün lazım olan məlumatları toplama bacarığı;

-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

-Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

-Məsuliyyətlilik, təşəbbüskarlıq və novatorluq;

-PL/TMM sahəsi ilə əlaqəli yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]