Bank Respublika ASC beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis / baş mütəxəssis axtarır

İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis
Son tarix: 27 may 2023
Ümumi vəzifə öhdəlikləri:
-Beynəlxalq bank və qurumlar üçün hesabatların hazırlanması və təhlili;
-Gəlir və xərclər analizi və müxtəlif ssenarilərin hazırlanması;
-Müxtəlif təqdimat və sənədlərin tərcüməsi (İngilis və Azərbaycan dillərinə);
-İngilis dilində sənədlərin hazırlanması;
-Müxtəlif maliyyə qurumları üçün bankın fəaliyyəti haqqında təqdimatların hazırlanması;
-Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların toplanılması və əlaqələrin qurulması;
-Yeni tərəfdaşlarla KYC mərhələsinin keçirilməsi;
-Xarici və beynəlxalq maliyyə qurumlarından kredit xətlərinin cəlb edilməsində iştirak;
-Xarici konsultantlar ilə danışıqların aparılması, sənədlərin hazırlanması və ötürülməsi;
-Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-İş təcrübəsi: bank sektorunda, beynəlxalq təşkilatlarda arzuolunandır;
-Azərbaycan, Rus və İngilis dilləri – əla səviyyədə (yazılı və şifahi);
-MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-Məsuliyyətlilik, operativlik;
-İdarəetmə və qərar qəbuletmə qabiliyyəti
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 6 saat, 8 dəq
- 6 saat, 54 dəq
- 7 saat, 32 dəq
- 8 saat, 19 dəq
- 8 saat, 20 dəq