“Bank Respublika” aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis axtarır (Gəncə)

Mütəxəssis

bank respublika


İşəgötürən: Bank Respublika ASC

Vakansiya: Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Gəncə)

Son tarix: 26 avqust 2022

Ümumi vəzifə öhdəlikləri:

-Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;

-Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;

-Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;

-Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;

-Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

Namizədə qarşı tələblər:

-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);

-İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;

-Dil bilikləri: Azərbaycan dili (əla);

-Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);

-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

-Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;

-Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;

-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

-Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Gəncə) şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


©️ 2022

070 231 45 70

[email protected]