Bank of Baku proseslərin idarə edilməsi və rəqəmsal transformasiya şöbəsinin eksperti axtarır

Mütəxəssis

bankofbaku vakansiya 2


İşəgötürən: Bank of Baku

Vakansiya: Proseslərin idarə edilməsi və rəqəmsal transformasiya şöbəsinin eksperti/aparıcı /baş eksperti

Tələblər:

-Ali təhsil (İnformasiya texnologiyaları və iqtisadiyyat sahələri üstünlükdür.)

-Sahə üzrə 2 ildən çox iş təcrübəsi

-Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər

-MS Excel, PowerPoint, MS Visio proqramları ilə əla səviyyədə işləmək bacarığı

-Ünsiyyətqurma və təşkilatçılıq bacarıqlarının olması

-Problem həll etmə və analitik düşünmə qabiliyyətinin, həmçinin vaxtı idarəetmə bacarığının  yaxşı səviyyədə olması

Əsas vəzifə və öhdəliklər:

-Mövcud biznes və texnoloji proseslərin rəqəmsallaşdırılaraq optimallaşdırılması üzrə daxili ehtiyacların öyrənilməsi və təhlil edilərək təkliflərin hazırlanması

-Hazırlanmış təkliflərin həyata keçirilməsi üçün aidiyyəti strukturlarla mütəmadi iş birliyində olmaq

-Müxtəlif İT xidmətlərin, eləcə də proqram təminatlarının satın alınması üçün bazar araşdırmasının aparılması, təchizatçılarla əlaqə qurulması və lazımi məlumatların toplanması

-İT xidmət və proqram təminatı təchizatçılarının təklif etdikləri məhsul və xidmətlərin texnoloji dəyərləndirmələrinin aparılması, təhlil edilərək qarşılaşdırılması və POC (Proof of Concept) çalışmalarının yerinə yetirilməsi

Yerinə yetirilən işlərlə bağlı olan proseslərin yazılması və təqdimatların hazırlanması.

İş qrafiki: 5 iş günü, 09:00-18:00

İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)

Müraciət qaydası:

Müraciət etmək istəyən namizədlər CV formamızı doldura və ya CV-ləri  subject bölməsində Proseslərin idarə edilməsi və rəqəmsal transformasiya şöbəsinin eksperti/aparıcı eksperti/baş eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]