Bank “BTB” Müştəri xidmətləri şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir

Bank “BTB” ASC Müştəri xidmətləri departamenti, Müştəri xidmətləri şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Vakansiya – Müştəri xidmətləri şöbəsinin mütəxəssisi
İş barədə məlumat:
-Bank “BTB” ASC-nin mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək;
-Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
-Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları bağlamaq;
-Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
-Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
-Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank Kartları şöbəsinə təqdim etmək;
-Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
-Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.
Namizədə tələblər:
-Vahid komandada işləmək qabiliyyəti;
-Bank sahəsində Müştəri xidmətləri istiqaməti üzrə min 1 il iş təcrübəsi;
-Azərbaycan, rus dillərini bilmək;
-Ofis proqramlarında sərbəst iş bacarığı, Progress Bank əməliyyat sistemində işləmə bacarığı olanlara üstünlük verilir;
-Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.
Sizə nə təklif edirik?
-Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
-Əlverişli iş mühitində çalışmaq imkanı.
-Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
-Karyera və inkişaf perspektivləri;
-Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
-Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.
Vakansiyalar
- 2 gün, 7 saat, 49 dəq
- 2 gün, 7 saat, 52 dəq
- 3 gün, 1 saat, 7 dəq
- 3 gün, 1 saat, 49 dəq
- 3 gün, 1 saat, 51 dəq