Baku Electronics müştəri məmnuniyyəti üzrə mütəxəssis axtarır

İşəgötürən: Baku Electronics
Vakansiya: Müştəri məmnuniyyəti üzrə mütəxəssis
Son tarix: 16 oktyabr 2022
Xüsusi Tələblər:
-Təhsil: Ali;
-MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
-Analitik təhlil bacarığı;
-Müştərilərlə işləmək qabiliyyəti;
-Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
-Problemləri effektiv şəkildə həll etmək;
-Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
-Müştərilərə xidmət qaydalarını və metodlarını bilmək;
-Stresə davamlı olmaq;
-Komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
-Müştəri ərizələri ilə bağlı bütün proseslərə nəzarət etmək;
-Müştəri ilə ərizə haqqında daha ətraflı məlumat almaq üçün əlaqə saxlamaq;
-Müştəri məlumatlarının toplanması və sistemə düzgün daxil edilməsinə nəzarət etmək;
-Proseslərə uyğun olaraq ərizəni lazımi şöbəyə yönləndirmək;
-Müştərinin ərizəsinə uyğun olaraq müştəri tarixçəsini və məhsul haqqında bütün nüansları dəqiqləşdirmək;
-Proqrama məlumatların daxil edilməsini təmin etmək;
-Müştəri bazasını analiz etmək və problemlər haqqında hesabat hazırlamaq;
-Həftəlik və aylıq hesabatları hazırlamaq;
-Müştəri məmnuniyyəti ilə əlaqədar olan prosesə nəzarət etmək;
İş şəraiti:
-İş yeri – Baş ofis;
-İş qrafiki – 8 saatlıq iş rejimi.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri məmnuniyyəti üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 2 gün, 6 saat, 44 dəq
- 2 gün, 6 saat, 47 dəq
- 3 gün, 2 dəq
- 3 gün, 44 dəq
- 3 gün, 46 dəq