Baku Electronics əməliyyatlar üzrə mütəxəssis axtarır (baş ofis)

İşəgötürən: Baku Electronics
Vakansiya: Əməliyyatlar üzrə mütəxəssis (baş ofis)
Son tarix: 03 iyul 2022
Vəzifə öhdəlikləri:
-Təhvil nöqtələrindən son istehlakçıya qədər bütün əməliyyat zəncirində mükəmməlliyin təmin edilməsi üçün müvafiq işlərin görülməsində iştirak etmək;
-Ölkə daxilində səmərəli çatdırılma əməliyyatlarının qurulmasında və saxlanması ilə bağlı tapşırıqları icra etmək;
-Biznesin genişlənməsinə imkan verən, əməliyyatı səmərəlilik və gəlirliliyə yönəldən biznes proseslərin yaradılması və təkmilləşdirməsi ilə bağlı tapşırıqları icra etmək;
-Çatdırılma prosesi ilə bağlı aidiyyatı digər struktur bölmələr ilə lazım gəldikdə danışıqlar aparmaq və ortaya çıxmış blok nöqtələrinin aradan qaldırılması üçün müvafiq işlər görmək;
-Cədvəllərə və marşrut planlarına uyğun olaraq kuryerlərə iş bölgüsünün həyata keçirilməsində çatdırılma üzrə koordinatoru əvəz etmək;
-Anbar əməliyyatlarına dair bütün işlərin sistemə işlənməsində, mal qalıqlarını dövri olaraq yoxlanmasında anbardarı əvəz etmək;
-Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsində anbardarı əvəz etmək;
-Yüklərin qabaqcadan sifarişlər və istiqamətlər üzrə komplektləşdirilməsini təşkil edilməsində anbardarı əvəz etmək.
Tələblər:
-Ali təhsil;
-Əməliyyatların idarə edilməsi sahəsində minimum 1 illik iş təcrübəsi, təcrübənin qlobal çatdırılma şirkətlərinin yerli nümayəndəliklərində olması əlavə üstünlükdür;
-Azərbaycan dilini səlis bilmək vacib, Rus və ya İngilis dillərindən birini bilmək üstünlükdür;
-MS Office proqramlarından sərbəst istifadə etmək (Excel biliklərinin yaxşı olması üstünlükdür);
-Data analitika və data vizualizasiya bacarıqlarının olması üstünlükdür;
-Şifahi və yazılı ünsiyyətqurma bacarığı;
-Məsuliyyətlilik, dəqiqlik, detallara fikir vermək bacarığı;
-Hesabatlarla işləmək bacarığı;
-İş qrafiki: 09:00- 18:00
-İş yeri: BE Baş ofis
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Əməliyyatlar üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 gün, 10 saat, 40 dəq
- 2 gün, 10 saat, 43 dəq
- 3 gün, 3 saat, 58 dəq
- 3 gün, 4 saat, 40 dəq
- 3 gün, 4 saat, 42 dəq