Bakcell ticari marketinq üzrə mütəxəssis axtarır

Mütəxəssis


Vakansiya haqqında

Funksiya – B2C Satış

İş qrafiki – Standart

Son müraciət tarixi- 20.06.2022

Sizin əsas vəzifə öhdəlikləriniz

-Bazarda POS materialların, reklam, mebel və digər TM avadanlıqlarının ehtiyacının təhlili

-Bütün reklam, mebel, POSM, promo məhsullar, hədiyyələr və TM avadanlığının sifarişi, müvafiq sənədləri hazırlamaq, istehsala nəzarət və çatdırılma prosesi təmin etmək

-Ticari marketinq plan və fəaliyyətlərini həyata keçirmək və idarə etmək

-Ticari marketinq konsepti ilə əlaqədar layihələrə nəzarət etmək

-Müvafiq tender sənədlərini (RFP, RFQ) hazırlamaq

-Yeni satış nöqtələrində ticari marketinq ilə əlaqədar məsələləri idarə etmək

-Müvafiq məhsulların texniki spesifikasiyalarını hazırlamaq (mebel, reklam)

-Azərbaycan Dövlət Reklam Agentliyi ilə (ADRA) fasad reklamı icazələrinin alınması üzrə işlərin aparılması, minimum ildə 3 dəfə Bakcell reklamlarının dislokasiyası

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

-Ali təhsil, satış və marketinq sahəsində təhsilə üstünlük verilir

-Ticari marketinq, pərakəndə satış və marketinq sahəsində 2 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

-İdarə bacarığı

-Danışıqlar aparma qabiliyyəti

-Son trendlərin izlənilməsi

-Dəqiqlilik

-Kreativlik

-Detallara yönümlülük

-Nəticə yönümlülük

-Davamlı təkmilləşmə

-Rəqəmsal düşüncə

-Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)

-MS Office Proqramlarını bilmək (AutoCad, ArchiCAD, 3ds Max biliyi üstünlük hesab olunur)

-“B” kateqoriya sürücülük vəsiqəsi

Müraciət etmək üçün CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik və ya bu linkə daxil olaraq birbaşa müraciət edə bilərsiniz.

Başlıqda “Ticari marketinq üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]