Bakcell B2B satışa dəstək üzrə mütəxəssis axtarır

İşəgötürən: Bakcell
Vakansiya: B2B Satışa dəstək üzrə mütəxəssis
Son tarix: 19 avqust 2022
Vakansiya haqqında:
Funksiya: B2B Satış
İş qrafiki: Standart
Son müraciət tarixi: 18.08.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
-Korporativ Satış tələbinə əsasən CUG (şirkət daxili zənglər) yaratmaq, imzalanmış Xidmət sənədinə əsasən Korporativ Kuratorlara, Bakcell Dilerlərinə – Distribyutorlarına və Ulduzum tərəfdaşlarına pulsuz nömrələri aktivləşdirmək
-Birbaşa Satış qrupundan və ya Biznes təklifləri qrupundan gələn tələbə uyğun olaraq Qızıl (Gold) nömrələri aktivləşdirmək, tarifləri, şirkətlərin adını dəyişdirmək, dublikat etmək (korporativ və fərdi), Pre-dan Post-a dəyişiklik etmək, Bill medium məlumatlarını dəyişdirmək / əlavə etmək, CUG (Yaxın İstifadəçilər Qrupu) əlavə et / silmək
-Email və telefon vasitəsilə alınmış, satış təmsilçiləri və birbaşa rəhbərlik tərəfindən göndərilmiş müştərilərin problemlərini/şikayətlərini vaxtında cavablandırmaq
-Əsas müştəri qrupları ilə iş üzrə menecer və satış administratoru tərəfindən göndərilən yeni müqavilələr və təsdiq formalarının imzalanma prosessini təmin etmək
-Telefonların hissə-hissə ödəniş əsasında satışı üzrə müqavilələrin hazırlanması və imzalanmasında dəstək
-Şirkətin məhsul və xidmətlərinin istifadəsini təmin etmək məqsədilə cari korporativ müştərilərə dəstək göstərmək
-Müdriyyət tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək
Vəzifənin tələbləri:
-Ali təhsil
-Minimum 1-2 il Dəstək sahəsində iş təcrübəsi
-Danışıqlar aparma qabiliyyəti
-Çeviklik
-Çalışqanlıq
-Obyektivlik
-Ünsiyyət bacarıqları
-Komandada işləmək bacarığı
-Çevik
-Şəxsi inkişaf
-Azərbaycan , rus dillini səlis bilmək (ingilis dili biliyi üstünlük hesab olunur)
-MS Office Proqramlarını bilmək
Müraciət etmək üçün:
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik. Başlıqda “B2B Satışa dəstək üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 23 saat, 13 dəq
- 2 gün, 8 dəq
- 2 gün, 22 dəq
- 2 gün, 18 saat, 45 dəq
- 2 gün, 18 saat, 50 dəq