Aztelekom məlumat bazaları üzrə mütəxəssis axtarır

İşəgötürən: Aztelekom
Vakansiya: Məlumat bazaları üzrə mütəxəssis
Son tarix: 08 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Məlumat Bazası sektoru üzrə email, rəsmi sənəd və ya telefon vasitəsi ilə daxil olan sorğuların cavablandırılması;
-Verilənlər Bazasında mövcud məlumatları, cədvəlləri, sorğuları,prosedurları, hesabatları təhlil edilməsi və yaradılması;
-Mürəkkəb sorğuların yazılması və onları optimallaşdırılması;
-“Aztelekom” MMC-in lnformasiya Texnologiyaları Departamentinin yeni layihələrinin və həllərin test mühitində simulasiya edilib, test edilmesi işlərinin təşkili və icra edilməsini təmin edir;
-lnformasiya Texnologiyaları Departamentin layihələrinin yüksək səviyyədə başa çatdırmaq üçün departamentin digər mütəxəssisləri ilə qarşılıqılı fəaliyyət göstərir;
Kvalifikasiya üzrə tələblər:
-İnformasiya Texnologiyalar və ya oxşar sahə üzrə ali texniki təhsil;
-Məlumat bazası sahəsi üzrə minimum 1 il əmək stajına malik olmalıdır;
-Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dilləri arzu olunandır;
-Məlumat bazası üzrə sertifikatların (OCA) olması arzu olunandır;
-Oracle, MySQL verilənlər bazasının konfiqurasiyası, idarəedilməsi haqqında biliklərə malik olmalıdır;
-SQL proqramlaşdırma üzrə iş təcrübəsi olmalıdır;
İş şəraiti:
-Həftədə 5 iş günü, 2 gün istirahət;
-İş saatları 09.00-18.00
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Məlumat bazaları üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
6 saat, 21 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 6 saat, 30 dəq
- 6 saat, 31 dəq
- 6 saat, 33 dəq
- 6 saat, 39 dəq