AzerTunelSuTikinti SMM mütəxəssisi axtarır

İşəgötürən: AzerTunelSuTikinti
Vakansiya: SMM mütəxəssis
Son tarix: 27 aprel 2023
Əmək haqqı: 500 AZN.
İş barədə məlumat:
-Şirkətə aid müvafiq Sosial Media hesablarının idarə olunması
-Sosial şəbəkələr üçün post mətnlərinin hazırlanması
-Sosial Media təqvimin, effektiv post planın, mövzuların zamana görə planlaşdırılması və hazırlanması
-Gündəlik olaraq şəkil, mətn, video daxil olmaqla sosial mediada paylaşımların yaradılması və yerləşdirilməsi
-Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi
-Foto və videoçəkilişlərin həyata keçirilməsi
-Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsi
-Şirkətin səhifələrindəki şərhlərin monitorinqi, izləyicilərin suallarının cavablandırılması
-Şirkətinin veb saytının təkmilləşdirilməsi və daim aktual olmasının təmin edilməsi
-Sosial media platformalarında reklamların idarə olunması
-Reklam nəticələrinin analiz olunması və aylıq hesabatların verilməsi
-Yeniliklərin və trendlərin izlənməsi
-Yaradıcı ideaların təklif edilməsi
-Rəqiblərin sosial media səhifələrinin izlənilməsi və müqayisəli hesabatın verilməsi
-İş günləri: 5 iş günü
-İş vaxtı: 09:00-dan – 18:00-dək
Namizədə tələblər:
-Sosial media sahəsində elementar biliklər
-SMM sahəsində minimal 3 il iş təcrübəsi
-Tendensiyalar haqqında biliklər
-Səlis Azərbaycan dili bilikləri, Rus və İngilis dili bilikləri arzuolunandır
-Photoshop proqramında başlanğıc biliklər
-Reklam üçün foto və video çəkilişlər etmə bacarığı
-Nəticə yönümlülük
-Nizam – intizamlı
-Kopiraytinq, mətn yazma bacarığı
-Yaradıcı, kreativ və innovativ düşüncə
-İşində məsuliyyətli olmaq,verilən tapşırıqları vaxtında yerinə yetirmək
-Müstəqil və komanda ilə işləmək bacarığı
-Sosial aktivliyin olması
-Gündəlik izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti
-Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət.
Qeyd olunan tələblərə cavab verən və maraqlanan namizədlər öz CV-lərini mövzü hissəsinə “SMM mütəxəssisi“ qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər
Əlaqə nömrəsi: 050-235-51-26
Vakansiyalar
-
2 gün, 9 saat, 34 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 12 saat, 33 dəq
-
2 gün, 12 saat, 34 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 12 saat, 37 dəq
- 2 gün, 12 saat, 39 dəq