Azersun Holding maliyyə analizi üzrə baş mütəxəssis axtarır (Sumqayıt)

İşəgötürən: Azersun Holding
Vakansiya: Maliyyə Analizi üzrə Baş Mütəxəssis (Sumqayıt)
Son tarix: 27 noyabr 2022
Tələblər:
-Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
-Aidiyyatı sahə üzrə minimum 2-3 illik iş təcrübəsi;
-Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
-Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);
-Vergi və rüsumların ödəmə üsullarını bilməli;
-Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
-Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür .
İş haqqında məlumat:
-Maliyyə cədvəllərinin hazırlanması;
-Maliyyə fəaliyyətinin təhlili, idarəedilməsi və planlanması;
-Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
-Pərakəndə və İstehsalat müəssisələrindən gələn hesabatlara əsasən data analizinin aparılması;
-Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
-Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
-Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
-Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
-Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
-Maliyyə riskinin müəyyən edilməsi.
İş qrafiki: həftə içi 5 gün
İş Yeri Sumqayıt şəh.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Maliyyə Analizi üzrə Baş Mütəxəssis (Sumqayıt)” qeyd etməyiniz xahiş olunur.
Vakansiyalar
- 2 gün, 7 saat, 36 dəq
- 2 gün, 7 saat, 39 dəq
- 3 gün, 54 dəq
- 3 gün, 1 saat, 36 dəq
- 3 gün, 1 saat, 38 dəq