AzəriMed QSC işə qəbul üzrə mütəxəssis axtarır

İşəgötürən: AzəriMed QSC
Vakansiya: İşə Qəbul üzrə Mütəxəssis
Son tarix: 22 may 2022
Tələblər:
-Təhsil: Ali təhsil;
-Təcrübə: Müvafiq sahədə minumum 1 il iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurma bacarığı;
-Kompüter bilikləri: MS Office programlarını mükəmməl bilməli, 1C programında işləmə bacarığı üstünlükdür;
-Peşəkar ünsiyyət qurma bacarıqlarına malik olmalı;
-Güclü təşkilati bacarıqlara malik olmalı;
-İşgüzar yazışma əsaslarını bilməli;
-Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
Vəzifə öhdəlikləri:
-İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
-Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
-İşçilərin işə qəbul və yerləşdirmə müddətində iştirak etmək;
-Aktiv vakansiyalar üzrə namizədlərin axtarışı;
-Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
-Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi.
İş şəraiti:
-İş qrafiki: Tam iş günü
-Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
-Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 gün, 2 saat, 15 dəq
- 2 gün, 2 saat, 17 dəq
- 2 gün, 2 saat, 19 dəq
- 2 gün, 2 saat, 22 dəq
- 2 gün, 2 saat, 26 dəq