“Azərikard” işçi axtarır
Azərikard “Məhsulların dəstəyi və inkişafı üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
– Texniki istiqamət üzrə Ali təhsil;
– Bank sahəsində ən azı 1 il iş təcrübəsi;
– Azərbaycan və rus dillərini sərbəst, İngilis dilini isə ən azı texniki sənədləri oxumaq və başa düşmək səviyyəsində bilmək;
– Operativlik və detallara diqqət yetirmək qabiliyyəti;
– Dəqiqlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
– Peşəkar karyeraya başlamaq üçün yüksək motivasiya və həvəs;
– Öz üzərində çalışma və inkişaf etmə istəyi;
– Analitik yanaşma qabiliyyəti;
– Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
Vəzifə:
– Dinamik mühitdə minimum vaxt sərfi ilə gündəlik tapşırıqların effektiv həll edilməsi;
– Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra edilməsi;
– Şirkətdaxili qaydalardan irəli gələn vəzifələrin icrasının təmin edilməsi;
– Şöbənin fəliyyətindən və vəzifəsindən irəli gələn digər tapşırıqların yerinə yetirilməsi;
– Kart məhsulları və terminallar üçün müəyyən edilmiş texniki iş tapşırıqlarının təhlilinin aparılması və icra edilməsi;
– Müştərilərlə əlaqə (banklar, tərəfdaşlar və proqram təminatçıları);
– Mövcud layihələrə dəstək verilməsi;
– Xüsusi proqram təminatından istifadə edərək təyin olunmuş sənədlərin işlənməsi;
– Xidməti məlumatların məxfiliyinin qorunması.
Namizədlərdən CV-ni “Məhsulların dəstəyi və inkişafı üzrə mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
-
1 gün, 4 saat, 29 dəq
Meeste populaire Casino Zonder Cruks: Beste Online Casino’s Zonder Nederlandse Registratie
-
1 gün, 7 saat, 37 dəq
Wettanbieter Neu: Die besten neuen Wettanbieter für Sport 2024 im Überblick
- 1 gün, 15 saat, 19 dəq
- 1 gün, 20 saat, 22 dəq
-
2 gün, 29 dəq
Casino Vrij van Cruks: Spelen bij Online Casino’s Zonder Registratie voor Dutch Gokkers