Azərikard işçi axtarır

Azərikard “Product owner” vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
– Ali təhsil;
– Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
– Tələblərin toplanması, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübə;
– “Agile” metodologiyaları üzrə təcrübə (arzu olunandır);
– Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlar;
– Komandada işləmək bacarığı;
– Güclü təhlil və riyazi bacarıqlar, strateji düşüncə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
– Bazar araşdırılmasını həyata keçirmək və hədəf kütlələrini müəyyən etmək;
– Analitik hesabatları hazırlamaq, layihələrin səmərəlilik təhlilini aparmaq;
– Biznes proseslər üzrə texniki sənəd hazırlamaq və rəhbərlik etmək;
– Biznes tələblərinə görə hesabatlar hazırlamaq;
– Layihə üzrə müvafiq yoxlamaları aparmaq;
– Məhsullarla bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
– Məhsullarla bağlı gedişatı izləmək və qiymətləndirmək;
– Məhsulların bazarda mövqeləndirilməsini təmin etmək;
– Tapşırıqların planlaşdırılması ilə bağlı iclaslarda iştirak etmək.
Namizədlərdən CV-ni “Product owner” mövzusu ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
- 2 gün, 18 saat, 46 dəq
- 2 gün, 18 saat, 48 dəq
- 2 gün, 18 saat, 50 dəq
- 2 gün, 18 saat, 52 dəq
- 2 gün, 18 saat, 54 dəq