Azərikard işçi axtarır
Azəricard “Məhsulların dəstəyi və inkişafı şöbəsinin layihələr üzrə mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
-Texniki istiqamət üzrə Ali təhsil;
– Prosessinq, kart məhsulları, elektron ödənişlər, pərakəndə/rəqəmsal bankçılıq və ya bu istiqamətlər üzrə layihələrin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
– Azərbaycan və rus dillərini sərbəst, İngilis dilini isə ən azı texniki sənədləri oxumaq və başa düşmək səviyyəsində bilmək;
-Layihə çərçivəsində texniki tapşırıqların icrasında iş təcrübəsi;
-Bank kartları, bank hesabları, bank prosesləri və bankda olan digər texniki komponentlər haqqında biliklər;
-Operativlik və detallara diqqət yetirmək qabiliyyəti;
-Dəqiqlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
-Öz üzərində çalışma və inkişaf etmə istəyi;
-Analitik yanaşma qabiliyyəti;
-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
-Ünsiyyət qurma və komandada işləmək bacarığı.
Vəzifə:
– Dinamik mühitdə minimum vaxt sərfi ilə gündəlik tapşırıqların effektiv həll edilməsi;
-Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra edilməsi;
-Şöbənin fəaliyyətindən və vəzifəsindən irəli gələn tapşırıqların yerinə yetirilməsi;
– Şirkət daxili qaydalardan irəli gələn vəzifələrin icrasının təmin edilməsi;
-Müştərilərlə əlaqə (banklar, tərəfdaşlar və proqram təminatçıları);
-Layihələrin tələblərinin təhlil olunması;
-Layihələrin tələblərindən irəli gələrək müəyyən edilmiş texniki iş tapşırıqlarının təhlilinin aparılması və icra edilməsi;
-Layihələrin idarə edilməsi, mütəmadi olaraq sprintlərdə iştirakın həyata keçirilməsi;
– Layihələrə dəstək verilməsi məqsədilə həvalə olunmuş infrastrukturda müasir metodikaların tətbiqi və işin keyfiyyətinin artırılması üçün əlaqəli departamentlərin əməkdaşları və kənar təşkilatlarla qarşılıqlı əlaqələrin təmin olunması;
-Xidməti məlumatların məxfiliyinin qorunması.
Namizədlərdən CV-lərini “Məhsulların dəstəyi və inkişafı şöbəsinin layihələr üzrə mütəxəssisi” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Vakansiyalar
-
1 gün, 23 saat, 48 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
2 gün, 44 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 21 saat, 26 dəq
- 3 gün, 21 saat, 29 dəq
- 3 gün, 22 saat, 5 dəq