Azedunet LLC texniki dəstək üzrə mütəxəssis / şəbəkə dəstəyi üzrə mütəxəssis axtarır (Sabirabad)
İşəgötürən: Azedunet LLC
Vakansiya: Texniki dəstək üzrə mütəxəssis / Şəbəkə dəstəyi üzrə mütəxəssis (Sabirabad)
Son tarix: 11 iyul 2022
Vəzifə öhdəlikləri:
-İnformasiya və kommunikasiya texnologiyaları (İKT) avadanlıqlarının proqram və aparat təminatı üzrə texniki xidmətinin göstərilməsi;
-İKT avadanlıqların işlək vəziyyətin qorunması üçün monitorinqin, diaqnostikanın və profilaktik işlərin aparılması;
-Təhsil müəssisələrinin ADSL və 3G/4G (antenaların quraşdırılması) texnologiyaları ilə İntranetə və İnternetə qoşulmaları;
-Təhsil müəssisələrində şəbəkə problemlərinin aradan qaldırılması;
-Şirkətdə iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemində (OTRS) görülmüş işlərin qeydiyyatı;
-Lokal Şəbəkədə yaranan problemlərin araşdırılması və həlli;
-Görülən işlərin təhvil-təslimi, aktlaşdırılması, mal-materialın dövriyyəsinin dəstəklənməsini və iş emalının Əməliyyat Sistemində əks olunması;
-Rəhbər tərəfindən verilən vəzifə icrası ilə bağlı digər işlər.
Namizədə verilən tələblər:
-ali və ya texniki təhsil;
-müvafiq sahədə ən az 1 illik iş təcrübəsi;
-kollektivdə işləmək bacarığı;
-məsuliyyətlilik.
İş qrafiki: 5 günlük iş rejimi.
Əmək haqqı: Müsahibə vaxtı müəyyən olunacaq.
Müraciət qaydası:
CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Texniki dəstək üzrə mütəxəssis / Şəbəkə dəstəyi üzrə mütəxəssis (Sabirabad regionu üzrə)” yazmaqla göndərə bilərsiniz.
Vakansiyalar
-
1 gün, 13 saat, 54 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 14 saat, 50 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 11 saat, 32 dəq
- 3 gün, 11 saat, 35 dəq
- 3 gün, 12 saat, 11 dəq