AVRORA “İstehsal Planlaması üzrə Mütəxəssis” axtarır

Mütəxəssis


AVRORA MMC “İstehsal Planlaması üzrə Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri :

–  İstehsal proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatların yenilənməsi;
–  Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanın həyata keçirilməsi və gərəkli sifarişlərin sistem üzərində sifariş edilməsinin təmin edilməsi;
–  Xammal və material hissələrini təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasının təmin edilməsi;
–  Hazır məhsul, xammal və material qalıqlarının yetərli olmasına nəzarət olunması;
–  İstehsal vəziyyətinin, xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizinin tərtib edilməsi;
– Bağlı olduğu rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatların hazırlanıb təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar :

-Dil bilikləri : İngilis və Rus dilləri (orta səviyyədə).
– Kompüter bilikləri : MS Office və LOGO Enterprise;
– Qida istehsalı sahəsində məlumatlı olmalı;
-Analitik düşünmə qabiliyyətinə malik olmalı;
– İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti olmalı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :

– Təhsil : Ali (Maliyyə, İdarəetmə üzrə);
-İş təcrübəsi : Ən az 3 il müvafiq sahə üzrə (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlükdür).

İş şərtlərimiz :
–  İş qrafiki : 5 günlük;
–  Nahar şirkət tərəfindən təmin olunur;
– İş yeri : Avrora Sənaye Parkı;
– Servis şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik :
– Əmək bazarında rəqabətli əməkhaqqı;
– İşçilərə qayğı proqramı;
– Peşəkar komanda mühiti;
– Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsal Planlaması üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]