Avrora daxili nəzarət üzrə mütəxəssis axtarır

İşəgötürən: Avrora
Vakansiya: Daxili Nəzarət üzrə mütəxəssis
Son tarix: 18 avqust 2022
Əsas vəzifə öhdəlikləri:
-Dövrü və illik hesabatların analiz edilməsi, aşkarlanmış problem və kəsrlərin yaranma səbəbləri haqqında DNŞ – nin rəhbərinin məlumatlandırılması və icmal hesabat şəklində təqdim edilməsi;
-Struktur bölmələrdən daxil olan, araşdırma zərurəti yaranmış ilkin məlumatların qiymətləndirilməsi, birbaşa rəhbəri tərəfindən təyin edilmiş xidməti təminat bölgüsünə əsasən, məhsulun əməkdaşa yönləndirilməsi, icra müddətinin təyini və işin gedişatına nəzarət edilməsi;
-Risklərin müəyyən edilməsi və idarə olunması məqsədilə yoxlama apardığı struktur bölmələrdə neqativ halların müəyyənləşdirilməsi, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qarşısının alınması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi;
-Yoxlama, monitorinq və araşdırma nəticəsində müəyyən edilmiş neqativ fakt və çatışmazlıqlar barədə DNŞ – nin rəhbərinə məlumat verilməklə, yoxlanılan strukturun, bölmə və ya əməkdaşının rəhbərinə iradnamə, tələbnamə, təqdimat, xidməti məktub va təkliflərin göndərilməsi;
-Şirkətə məxsus struktur və bölmələrdə nağd pul vəsaitlərinin, mövcud mal – materialların planlı şəkildə və ya qəfil inventarizasiyasının həyata keçirilməsi, buna dair məsul şaxslərin təsdiqi ilə müvafiq aktların tərtib edilməsi;
-Əvvəlki dövrlər üçün anbar, satış nöqtələri və ya istehsalat sahələrində aparılmış inventarizasiya nəticələrinin yoxlanılmasının təşkili, zəruri düzəlişlərin edilməsi üçün DNŞ – nin rəhbərinin məlumatlandırılması.
Tələb olunan bilik və bacarıqlar:
-Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
-Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-İş təcrübəsi: Sahə üzrə 1-3 il iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərini bilməsi üstünlükdür.
İş şərtlərimiz:
-İş qrafiki : Tam iş günü (5 gün);
-İş qrafiki : 08:00-17:00;
-İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi).
Biz nə təklif edirik:
-Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
-Nahar;
-Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 5 saat, 45 dəq
- 5 saat, 50 dəq
- 5 saat, 53 dəq
- 5 saat, 57 dəq
- 6 saat, 4 dəq