Avrora avadanlıqlar üzrə satınalma mütəxəssisi axtarır

İşəgötürən: Avrora
Vakansiya: Avadanlıqlar üzrə satınalma mütəxəssisi
Son tarix: 10 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
-Satınalma tələblərinin qəbulu və təmin olunması;
-Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
-Şirkətin mal-material və avadanlıqlarla təmin edilməsi;
-Tədarükçülərlə işgüzar yazışma və danışıqların aparılması;
-Qiymət araşdırması, tenderlər və kotirovka sorğularının həyata keçirilməsi;
-Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyənləşdirilməsinə nəzarət olunması.
Tələb olunan bilik və bacarıqlar:
-Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsi üzrə biliklər;
-Analitik düşünmə qabiliyyəti;
-Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığı;
-Yüksək ünsiyyət qurma bacarığı;
-MS Office proqramlarında yüksək səviyyədə biliklər;
-Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;
-Nəticəyönümlülük;
-Təşəbbüskarlıq.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-Təhsil: Ali (Təchizat, Biznesin idarə edilməsi, İqtisadiyyat sahəsində Bakalavr və ya Magistr təhsili);
-Təcrübə: Satınalma sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
-CIPS sertifikatı üstünlük hesab olunur;
-Dil bilikləri: Rus və İngilis dili üzrə ümumi biliklər.
İş şərtlərimiz:
-İş qrafiki : Tam iş günü (5 gün);
-İş saatları: 09:00-18:00;
-İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C.
Biz nə təklif edirik:
-Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
-Nahar;
-Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Avadanlıqlar üzrə satınalma mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 7 saat, 23 dəq
- 7 saat, 25 dəq
- 7 saat, 27 dəq
- 7 saat, 28 dəq
- 7 saat, 31 dəq