Avromed şirkəti audit köməkçisi axtarır

Auditor

audit komekcisi


İşəgötürən: Avromed Company QSC
Vakansiya: Audit köməkçisi
Son tarix 05 may 2022
Vəzifə icmalı:
Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsində iştirak edir.
Nəzarət çatışmazlıqlarını aşkar etmək üçün audit prosedurlarının həyata keçirilməsində iştirak edir.
Əsas funksional vəzifələr:
Audit Layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə dərhal məlumat vermək;
Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Bilik, bacarıqlar və təcrübə:
Müvafiq sahədə akademik dərəcə (ən azı ali təsil);
Ali iqtisadi təhsil
Audit sahəsinə aid nəzəri biliklər;
Müvafiq iş təcrübəsi: 1 ilə qədər;
Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək baçarığı.
Ölkədaxili ezamiyyələrdə iştirak etmək imkanı.

Müraciət üçün [email protected] email ünvanına CV-nin göndərilməsi tələb olunur.


©️ 2022

070 231 45 70

[email protected]