Avromed Company QSC anbar müdiri axtarır (Şəki)

İşəgötürən: Avromed Company QSC
Vakansiya: Anbar müdiri (Şəki)
Son tarix: 30 iyul 2022
Vəzifə öhdəlikləri:
-Anbarların daxili və xarici təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlərin alınmasını təmin etmək
-Anbarlarda gərçəkləşən günlük giriş-çıxış hərəkətlərinin fasiləsizliyini təmin etmək
-Anbarlar üçün lazım olan inşaat və təmir işlərinin təqibini etmək, lazımi hallarda rəhbərə müraciət etmək
-Anbarda müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun aparılacaq proseslərin mütəmadi qaydada həyata keçirilməsinə rəhbərlik etmək;
-Anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsi prosesinə rəhbərlik etmək;
-Anbar stoklarına tam hakim olmaq, requlyar sayimlarin təşkili
-Məhsul bağlamaları üzərində göstərilən standart xüsusiyyətlərinə uyğun olaraq anbarlarda yerləşimini təmin etmək
-Rəflərdə mal düzülüşünü FEFO qaydasına uyğun aparmaq
-Çıxışlarda təsdiqlənmiş müştəri tələbinə görə FEFO/LEFO qaydasına riayət etmək
-Anbarın işçilərinin fəaliyyətlərini istiqamətləndirmək və əlaqələndirmək;
-Anbar işçilərinin attestasiyasını təşkil etmək, mütəmadi olaraq treyninqlər keçirtmək;
-İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək istehsalat intizamını pozanların cəzalandırılması haqqında hesabat vermək.
-Yeni gələn işçilərə vəzifə təlimatlandırmasının edilməsi, təhlükəsizlik qaydalarını haqda məlumat verilməsi.
-Anbar idarəetmə təlimatlarına uyğun olaraq vaxtaşırı iclas keçirmək və işçiləri təlimatlandırmaq.
-Boşalan və yüklənən məhsulların sağlam və satışa uyğun olmasını kontrol edilməsi, əksiklikləri rəhbərinə məlumat vermək
-Anbarda proseslerin surətlənməsi üçün lazımi tədbirləri almaq
-Şirkət tərəfindən təsdiqlənmişsənədlərə uygun təlimatların və əmrlərin verilməsini teqib etmək
-Calışmaqda olduğu bütün anbarların təmizliyi, təhlükəsizliyi və düzənindən məsuldur
-Anbarlarda məhsullara zərər verə biləcək həşərat və s. kimi zərərli faktorların yaranmaması üçün lazımi tədbirlər almaq
-Gün sonunda anbar qapılarını möhürləyərək növbətçiyə təslim edilməsi və növbəti gün möhürləri kontrol edərək növbətçidən təslim alınmasını təşkil etmək.
Tələblər:
-Ali təhsilli olmalı;
-Anbar sahəsində ən azı 3 il iş təcrübəsi olmalı;
-Analitik düşünmə bacarığına sahib olmalı;
-Komanda ilə işləmə və rəhbərlik etmə bacarığı
-Azərbaycan dili – mükəmməl; Rus dili – orta;
-Kompyuter bacarıqları: MS Office, 1C programı.
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 31.07.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Anbar müdiri (Şəki)” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 6 saat, 46 dəq
- 7 saat, 32 dəq
- 8 saat, 10 dəq
- 8 saat, 57 dəq
- 8 saat, 58 dəq