Auto Azerbaijan kiçik marketinq mütəxəssisi axtarır

İşəgötürən: Auto Azerbaijan
Vakansiya: Kiçik marketinq mütəxəssisi
Son tarix: 07 avqust 2022
Kiçik marketinq mütəxəssisi markanın cari marketinq fəaliyyətini öncədən planlaşdırılmış marketinq strategiyası çərçivəsində icra edir.
Vəzifə öhdəlikləri:
Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:
-Brend və ona aid olan çox müxtəlif marketinq aktivliklərinin realizasiyasında aktiv iştirak;
-Rəqəmsal marketinq üzrə təcrübə, müxtəlif dijital platformalarda minimal işləmə bacarığı (Facebook Business, Instagram, Google ADS, YouTube, LinkedIn və s.);
-Dizayn, çap və bir çox digər rəqəmsal və ya fiziki materialların sifarişlərinə və keyfiyyətinə nəzarət;
-Marketinq fəaliyyətinə aid olan müxtəlif iş proseslərində iştirak və gərək olduqda proseslərin effektiv idarə olunması;
-Paralel olaraq bir neçə tapşırığın yerinə yetirilməsi bacarıqları (Multitasking);
-Kreativ kontentlərin hazırlanması və ya qlobal kontentlərin lokal bazara adaptasiyası işlərində iştirak;
-Aid olduğu departament rəhbərliyinin tapşırıqlarının vaxtında və effektiv yerinə yetirilməsi;
-Aid olduğu departamentin fəaliyyət sahəsinə daxil olan müxtəlif iş proseslərində aktiv iştirak.
Tələblər:
-Marketinq, biznes və ya digər əlaqədar sahələr üzrə bakalavr təhsili;
-Adiyyatı sahəsi üzrə 2-3 il iş təcrübəsi;
-Sosial media və digər komunikasiya alətlərininə dair nəzəri və praktiki biliklər.
-Marketinq istiqamətli təlimlər və kurslar keçmiş şəxslərə üstünlük verilir
-Avtomobil sektorunda təcrübə və ya bu sahəyə maraq üstünlükdür
-Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
-İngilis və Rus dili bilikləri.
-Baza kompyuter bilikləri (əlavə olaraq dizayn proqramlarında işləmək üstünlükdür)
-Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;
-Özünə əmin və dinamik xarakter;
Əmək şəraiti:
-İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
-6 günlük iş rejimi;
-Əmək haqqı – müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi “Kiçik marketinq mütəxəssisi” başlığı ilə göndərə bilərsiniz.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 7 saat, 17 dəq
- 7 saat, 22 dəq
- 7 saat, 25 dəq
- 7 saat, 29 dəq
- 7 saat, 36 dəq