Ateshgah Sigorta könüllü tibbi sığorta şöbəsinə mütəxəssis axtarır

İşəgötürən: Ateshgah Sigorta
Vakansiya: Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis
Son tarix: 17 iyun 2022
Namizədə tələblər:
-Yaş: 21-35
-Təhsil: Ali təhsil (tibbi biliklər arzuolunandır)
-İş təcrübəsi: 1 ildən çox
-Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır)
-Microsoft Office (Word, Excel, Power Point) proqramları, elektron poçtdan istifadə
Əsas vəzifə öhdəlikləri:
-Cari və şirkətə ilk dəfə müraciət edən müştərilərlə iş (müştərilərlə kommersiya danışıqlarını aparmaq və məhsulların satışını təşkil etmək);
-Şirkət daxili digər şöbələrlə müntəzəm işlərin aparılması (şikayətlərin araşdırılması, müqavilələrin hazırlanmasına nəzarət, hesabların/kredit notların /e-qaimələrin buraxılmasına nəzarət və sair).
-Müştərilərlə, yerli və xarici brokerlər və vasitəçilərlə yazışmalar, danışıqlar aparmaq və görüşlər keçirmək;
-Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək;
Şəxsi keyfiyyətlər:
-Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
-Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır
-İş vaxtı 09:00 – 17:30
-İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-Əmək haqqı gross məbləğ: 555 azn – 784 AZN (sığorta sahəsində təcrübəyə, həmçinin tibbi biliklərə əsasən təyin edilir)
-Şirkət tərəfindən güzəştli nahar
Məlumatlandırıcı qeydlər:
-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
-Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin
Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq ’’Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis “qeyd etmələri xahiş olunur
Vakansiyalar
- 1 gün, 5 saat, 35 dəq
- 1 gün, 5 saat, 37 dəq
- 1 gün, 5 saat, 39 dəq
- 1 gün, 5 saat, 41 dəq
- 1 gün, 5 saat, 43 dəq