Ateshgah Sigorta İT layihələrə dəstək şöbəsinin mütəxəssisi axtarır (Application Support)
İşəgötürən: Ateshgah Sigorta
Vakansiya: İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Application Support)
Son tarix: 22 sentyabr 2022
Namizədə tələblər:
-Təhsil: Ali
-İş təcrübəsi:ən azı 2 il müvafiq sahə üzrə
-Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
-MS SQL Server ilə iş bacarığı
-Mürəkkəb DML, DDL, DCL and TCL sorğular yazmaq və onları optimallaşdırmaq bacarığı.
-Proqram təminatı ilə bağlı sorğuların idarə olunması və həll olunmasının təmin etmək bacarığı
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır
-İş vaxtı 09:00 – 17:30
-İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-Sabit əmək haqqı – müsahibə əsasında bildirilcək
Məlumatlandırıcı qeydlər:
-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
-Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
-İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Application Support)” qeyd etmələri xahiş olunur.
Vakansiyalar
-
2 gün, 4 saat, 15 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 3 saat, 7 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 3 saat, 41 dəq
- 4 gün, 21 saat, 47 dəq
- 5 gün, 17 saat, 1 dəq