“Atəşgah Sığorta” işçi axtarır

Mütəxəssis


“Atəşgah” Sığorta korporativ satış şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib.

Satış həcminin artması ilə bağlı Şirkət aşağıdakı tələblərə cavab verən namizədlər axtarır:

Namizədə tələblər

– Yaş: 23-35

-Təhsil: Ali

– İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük

verilir

– Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır)

Şəxsi keyfiyyətlər

– Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı

– Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı

– Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı

– Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

– Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

– Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;

– Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;

– Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;

– Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;

– Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;

– İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri

– Əmək müqaviləsi bağlanılır

– İş vaxtı 09:00 – 17:30

– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

– Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir

– Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur

Əmək haqqı 550 azn – 1130 azn (əmək haqqı gross ilə qeyd olunub, namizədin bilik və bacarığı

əsasən müsahibə əsnasında dəyişəcəkdir)

– Bonus və rüblük motivasiya

Məlumatlandırıcı qeydlər

– Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

– CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur

– CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin

– Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik

nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir

– İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

– Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin

– CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və

müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun

– İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]