ArchiCO satınalma mütəxəssisi axtarır
İşəgötürən: ArchiCO
Vakansiya: Satınalma mütəxəssisi
Son tarix: 06 iyul 2022
İş barədə məlumat:
-Satınalma planının hazırlanması;
-Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi;
-Təchizatçıların və xidmət təminatçılarının Əsas Siyahılarının hazırlanması və təchizatçı məlumat bazasını təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi;
-Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
-Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
-Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
-Şirkətin yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil olunması;
-Təchizatla bağlı xarici şirkətlərlə danışıqların aparılması;
-Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlilinin (müqayisəli təhlil) aparılması, müqayisəni əks etdirən sənədin yaradılması;
-Şöbələrdən gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanılması və Müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi.
Vəzifə ilə bağlı tələblər:
-İnşaat materiallarını tanıması, inşaat layihələrini oxumaq bacarığının olması;
-Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq bacarığı olmalı;
-MS Office (MS Word, MS Excel) üzrə mükəmməl biliyin olması;
-Xarici ölkələrə ezamiyyələrə hazır olması;
-Ümumi inşaat biliklərinin olması;
-Müvafiq sahədə azı 3 ( üç ) il iş təcrübəsinin olması;
Əlavə məlumat: Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər.
CV-lərinizi ” Satınalma mütəxəssisi ” başlığı ilə göndərməyiniz xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
4 saat, 39 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
5 saat, 35 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 2 saat, 17 dəq
- 2 gün, 2 saat, 20 dəq
- 2 gün, 2 saat, 56 dəq