Araz Supermarket xəzinə əməliyyatları üzrə aparıcı mütəxəssis axtarır

İşəgötürən: Araz Supermarket
Vakansiya: Xəzinə Əməliyyatları üzrə Aparıcı mütəxəssis
Son tarix: 28 avqust 2022
Tələblər:
-Ali təhsil (İqtisadiyyat, Maliyyə);
-Əməliyyatlar üzrə 2 ildən artıq iş təcrübəsi;
-İngilis, türk dillərini yaxşı səviyyədə bilməli;
-Tiger və ERP proqramı yaxşı səviyyədə bilmək;
-MS Office proqramlarını yüksək səviyyədə bilməli;
-Araşdırma , analitik düşünmə , kollektivlə işləmə bacarığına malik olmaq.
Vəzifə öhdəlikləri:
-Bank xidmət haqlarına, konvertasiya əməliyyatlarına, pos terminal xidmət haqlarına gündəlik yoxlanması;
-Əməliyyatlar üzrə mütəxəssislərin sistem üzrə əməliyyatlarının gündəlik yoxlanması;
-Bankla bağlanılan müqavilə, kredit, qarantiya sənədləşmə işlərini həll etmək və qeydiyyatını aparmaq;
-Kredit və qarantiya ödənişlərinə nəzarət;
-Digər şöbələr tərəfindən istənilən məlumatları təqdim etmək;
-Digər əməkdaşların işləri ilə tanış olub, hər hansı problem olduqda operativ dəstək olmaq;
-Kassa və bank qalıqlarının doğruluğuna nəzarət etmək;
-Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icra edilməsi.
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-5 günlük iş qrafiki;
-Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xəzinə Əməliyyatları üzrə Aparıcı Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
22 saat, 21 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
22 saat, 33 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 23 saat, 9 dəq
- 1 gün, 20 dəq
- 1 gün, 15 saat, 35 dəq