Araz Supermarket insan resursları əməliyyatlar üzrə aparıcı mütəxəssis axtarır
İşəgötürən: Araz Supermarket
Vakansiya: İnsan Resursları Əməliyyatlar üzrə Aparıcı mütəxəssis
Son tarix: 23 iyun 2022
Tələblər:
-Ali təhsil müvafiq sahədə;
-İnsan Resursları Əməliyyat sahəsində 3 il iş təcrübəsi;
-AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək;
-İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmaq;
-MS Office proqramlarını yüksək səviyyədə bilməli;
-Analitik düşünmə qabiliyyətinə malik olmaq.
Vəzifə öhdəlikləri:
-Əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi, iş vaxtının uçotunun aparılması ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək;
-Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək ;
-İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının “Elektron hökumət” portalında işlənilməsi;
-Müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin etmək;
-İnsan resursları fəaliyyəti ilə bağlı statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim etmək.
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-5 günlük iş qrafiki;
-Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İR Əməliyyatlar üzrə Aparıcı Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 3 saat, 8 dəq
-
19 saat, 24 dəq
Leading Online Casinos Australia: Highly Regarded Real Money Gaming Sites 2024
- 22 saat, 11 dəq
- 23 saat, 35 dəq
-
1 gün, 56 dəq
Mastering Live Roulette Online Australia: A Comprehensive Guide