Aparıcı bank Bakı, Sumqayıt və region filiallar üzrə işə dəvət edir

Vəzifə: MKOS (mikro, kiçik və orta sahibkarlarla iş) üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis /baş mütəxəssis / menecer (Bakı, Sumqayıt və region filialları (Xaçmaz, Bərdə və Gəncə) üzrə.

Mütəxəssis


Expressbank ASC, Biznes Bankçılıq Departamenti  fərdi sahibkar və hüquqi şəxslərlə iş sahəsində təcrübəsi olan namizədləri MKOS (mikro, kiçik və orta sahibkarla iş) üzrə kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis və menecer vəzifəsinə işə dəvət edir.

Ölkədə sahibkarlıq subyektləri ilə əməkdaşlığını daim genişləndirən, son illər bu istiqamətdə yüksək nəticələr əldə edən Expressbank ASC sizə bankın peşəkar komandasına qoşulmaq və karyera inkişafınıza nail olmaq üçün əlverişli imkan yaradır.

Namizədə olan tələblər:

– Ali təhsil

– Müvafiq sahədə minimum 6 aylıq  iş təcrübəsi

– Dil biliklər: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır)

– Müştərilərlə peşəkar ünsiyyət qurma və inandırma bacarığı

– Yenilik və dəyişiklilərə tez uyğunlaşmaq, komandanın aktiv üzvü olmaq

– MS Office proqramları ilə işləyə bilmək bacarıqları

Görəcəyiniz işlər:

– Müştərilərlə davamlı ünsuyyətin saxlanması və yeni müştərin bankla əməkdaşlığa cəlb edilməsi

– Bankın Biznes müştəriləri üçün təqdim etdiyi məhsulların satışınıın təşkil edilməsi

– Daxil olan müştəri müraciətlərinin (kredit və digər) operativ cavablandırılması və müştəri məmnuniyyətinin təmin edilməsi

– Biznes müştərilərinə təqdim edilən məhsullar üzrə portfelin qurulması və inkişaf etdirilməsi

– Daxil olan kredit müraciətlərini ilkin təhlili, təqdimatın edilməsi, kredit portfelinin idarə olunması və keyfiyyətinə nəzarət,

– Cari müştərilərlə mütəmadi olaraq əlaqələrin saxlanması, onların təklif və iradlarının öyrənilməsi üçün görüşlərin təşkili

Maraqlananlar öz CV-sini [email protected] ünvanına göndərə bilərlər.

İş elanları

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]