Alyans Tekstil İT mütəxəssisi axtarır
İşəgötürən: Alyans Tekstil
Vakansiya: İT mütəxəssisi
Son tarix: 25 iyun 2022
Vəzifə öhdəlikləri:
-Cəmiyyətin aparatında və struktur bölmələrində şəbəkə cihazlarının, kompüterlərin və digər elektron avadanlıqların quraşdırılmasını və yeni texnologiyaların tətbiqinin təşkilini həyata keçirir.
-Proqram təminatlarının, kompüter və şəbəkə texnikasının sifarişi zamanı uyğun avadanlıqların seçilməsi, onların yenilənməsi, dəyişdirilməsini həyata keçirir və normal fəaliyyət göstərməsini təmin edir.
-Cəmiyyətin korporativ və lokal kompüter şəbəkələrinin təhlükəsiz fəaliyyətinə nəzarət edir.
-Cəmiyyətin keyfiyyətli və fasiləsiz internet bağlantısını və elektron poçtunun işinə nəzarət edir.
-Şəbəkənin, sistemlərin, avadanlıqların yeniləşdirilməsi konsepsiyasının planlaşdırılmasını təmin edir.
-Cəmiyyətin elektron sistemlərinin fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının mühafizəsini təmin edir.
-Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
-Cəmiyyətin fəaliyyətinə uyğun olmayan internet səhifələrindən istifadələri, kompüter və digər avadanlıqlar vasitəsilə ofisdaxili şəbəkələrə qoşulmaları araşdırır və şöbə müdirinə hesabat verir.
-Şöbə rəhbərliyi tərəfindən şöbənin fəaliyyətinə və iş bölgüsünə əsasən verilən digər göstəriş və tapşırıqların icrasını təmin edir.
Namizədə tələblər:
-Müvafiq sahə üzrə min. 3-5 il iş təcrübəsi
-Ali təhsil (İnformasiya texnologiyaları üzrə);
-Şəbəkə və sistem təhlükəsizliyi, şəbəkə topologiyaları üzrə biliklər
-Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı
-Cəmiyyətdə İT sahəsi üzrə yaranacaq prablemlərin vaxtında həll edilməsi.
-Sumqayıt şəhərində və ona yaxın ərazilərdə yaşayanlara üstünlük verilir.
İş şərtləri:
-İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
-İş rejimi: həftədə 3 dəfə, iş saatı: 08:30-17:30 (iş saatını danışıb sərbəst etmək olar)
-Əmək haqqı: 300 azn.
Uyğun namizədlərin CV-lərini mövzu hissəsinə “İT mütəxəssisi” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
-
14 saat, 5 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
2 gün, 12 saat, 57 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 2 gün, 13 saat, 31 dəq
- 3 gün, 7 saat, 37 dəq
- 4 gün, 2 saat, 51 dəq